6-CI DƏRS: MƏNTİQİN MÖVZUSU

Hər bir elmin mövzusunu bu elmdə haqqında bəhs olunan məsələlər təşkil edir. Məntiqin mövzusu tə`rif və dəlildir. Əslində bütün elmlər özünə aid olan şeylərə tə`rif vermək və müəyyən qanunları isbat etməklə məşğuldur. Məsələn, fizikada enerjiyə tə`rif verilir və onun etməməsi qanunu sübut edilir. Amma məntiq elmi heç nəyə tə`rif vermir və heç nəyi də sübut etmir. Bu elm düzgün tə`rif verməyi və düzgün dəlil gətirməyi öyrədir.

İslam məntiqi iki hissədən ibarətdir: təsəvvür və təsdiq. Məsələn, tovuz quşunu ilk dəfə görən insan hiss edir ki, zehnində bu vaxtadək olmayan bir təsəvvür yaranır. Gördüyümüz quş mə`lum idi. Təsəvvürümüzdəki isə həmin mə`lumun surətidir. Demək, elm mə`lumların zehnimizdəki surətidir.
Zehn aldığı surəti ya təsdiq, ya da inkar etməlidir. Əgər zehn aldığı mə`lumatı doğru hesab edirsə, bu təsdiqdir.

Həm təsəvvür, həm də təsdiq iki cür ola bilər: zəruri və ya nəzəri. Alınan mə`lumatı düşünməyə ehtiyac yoxdursa, bu zəruridir. Məsələn, hiss olunan istiliyi düşünməyə ehtiyac yoxdur. Amma, məsələn, mələk və cini təsəvvürləri düşünmədən təsdiq oluna bilməz. Belə təsəvvürlər nəzəridir.

5 ci dərs

Hiç yorum yok:

Yorum Gönder