3-CÜ DƏRS: DİNLƏR HAQQINDA
İnsanın digər canlı aləmdə əsil üstünlüyü onun dini e`tiqadıdır. Başqa xüsusiyyətlərə gəldikdə heyvanat aləmində daha güclü iste`dadlar müşahidə olunur. Məsələn, insan fiziki cəhətdən nə qədər güclü olsa da, təbiətdə ondan qat-qat güclü heyvanlar mövcuddur. Bal arısının həyatını ətraflı müşahidə etdikdə onun mühəndisliyinə, qənnadçılığına heyran qalmamaq olmur. Bəşər övladının bütün kəşfləri bir növ təbiətdəki əsərlərin surətidir. Demək, insan digər varlıqlardan yalnız dindarlığı ilə üsütün ola bilər
Bəşər tarixində dini e`tiqada malik olmayan bircə qəbilə də tapmaq mümkün deyil. Hətta Avstraliyanın mərkəzindəki ən geri qalmış tayfaların da dini e`tiqadı vardır. İnsan heç bir mənbədən ala bilməyəcəyi mə`nəvi qidanı dindən alır.
Bəşər tarixində diqqəti cəlb edən dinlərə nəzər salaq:
-Hindu dini (miladdan 1500-2000 il qabaq)
-Yəhudilik (miladdan 1200- 1500 il qabaq)
-Sintoizm (miladdan 660 il qabaq)
-Zərdüştilik (miladdan 660 il qabaq)
-Buddizm (miladdan 560 il qabaq)
-Konfusi dini (miladdan 551 il qabaq)
-Məsihilik (miladın başlanğıcı)
-İslam (miladi 610-cu il)
2 ci ders
Kaydol:
Kayıtlar (Atom)
Hiç yorum yok:
Yorum Gönder