Məntiqə verilən tə`rifdən aydın olur ki, məntiqin faydası vardır: məntiq təfəkkürdə zehnin xətasının qarşısını alır.Zehn fəaliyyətə başlayaraq öz mə`lumlarından istifadə edərək məclulu tapmaq istəyir. Məntiqin işi mə`lumlara elə bir düzüm verməkdir ki, düzgün nəticə əldə edilsin. Demək, məntiq zehnə düzgün fəaliyyət istiqamətini göstərir. Məntiq elmini bilməyən insan zehnə düzgün nəzarət etməkdə acizdir.
Zehn iki halda xətaya yol verə bilər:
1- Məchulu mə`luma çevirmək üçün götürülmüş müqqəddimə yanlış ola bilər.
2- Müqqədimə mə`lumatların düzümü yanlış ola bilər.
İnsan zehnində hər hansı dəlil bina kimidir. Bu binanın e`tibarlı olması üçün həm materiallar, həm tikiliş möhkəm olmalıdır.
Məsələn, deyirik: “Sokrat insandır və hər insan zalımdır. Demək, sokrat zalımdır.” Burada, dəlillərin düzümü, forması doğru olsa da, “hər insan zalımdır” fikri yanlışdır. Ona görə də doğru nəticə alınmır.
Amma desək ki: “Sokrat insandır və sokrat alimdir. Demək, insan alimdir,” burada forma məntiqi deyil.
Düzgün dəlil və düzgün düzümdə isə nəticə də doğru alınır. Məsələn: “İnsan canlıdır və sokrat da insandır. Demək, sokrat canlıdır.”
6 cı dərs
Hiç yorum yok:
Yorum Gönder