24 Kasım 2020 Salı

Ağdam cümə məscidinin girişində nə yazılıb ?

Ermənistan ilə Azərbaycan respublikası arasında baş vermiş 2 ci Qarabağ müharibəsində işğaldan azad edilmiş Ağdam rayonunun məscidi tamamilə təmizlənib. 

Erməni camaatı məscidə maddi və mənəvi ziyan vursa da bir çox faktlar hələ də olduğu kimi qalmaqdadır. Bunlardan biri də məscidin girişində yazılan ayələrdir. 


Əhli-beyt diyarı olan Ağdam məscidinin girişində bunlar yazılıb:

1 ci sətirdə: La ilahə illəllah, Muhəmmədun Rəsulullah, Əliyyun Vəliyyullah.

 لَا اِلَهَ اِلَّا اللهْ مُحَمَّدُ الرَّسُولُ اللهْعلی ان ولی الله 

2 ci sətirdə: Bismillahir-Rəhmanir-Rəhim.

بسم الله الرحمن الرحیم

3 cü sətirdə: Qələbə ayəsi (Fəth surəsinin birinci ayəsi) (Ya Peyğəmbər!) Həqiqətən, Biz sənə açıq-aşkar bir zəfər bəxş etdik!

إِنَّا فَتَحْنَا لَكَ فَتْحًا مُبِينًا

4 cü sətirdə: Nəcm surəsinin 39 cu ayəsi: insan üçün etdiyi səy və təlaşdan başqa bir şey yoxdur.

وَأَنْ لَيْسَ لِلْإِنْسَانِ إِلَّا مَا سَعَىٰ

5 ci sətrdə: İmam Rzaya təvəssül edilir.

يا عَلِىَّ بْنَ مُوسى الرضا اَدْرِكْني

6 cı sətirdə: Hicr surəsinin 92 və 93 cü ayələri: Rəbbinə and olsun ki, Biz onların hamısını (bütün məxluqatı) sorğu-suala çəkəcəyik - (Dünyada) etdikləri əməllər barəsində. (Onlardan haqq-hesab tələb edəcək və cəzalarını da verəcəyik!)

فَوَرَبِّكَ لَنَسْأَلَنَّهُمْ أَجْمَعِينَ

عَمَّا كَانُوا يَعْمَلُونَ










Hiç yorum yok:

Yorum Gönder