4-CÜ DƏRS: İSLAM HAQQINDA

Bu gün İslam dininə bir milyarddan çox insan e`tiqad edir. İslamın müqəddəs kitabı Həzrət Məhəmməd (s) peyğəmbərə nazil olmuş Qur`andır. Həzrət Məhəmməd (s) miladi 570-ci ildə indiki Səudiyyə Ərəbistanının Məkkə şəhərində qüreyş qəbiləsində anadan olmuşdur. O 40 yaşında peyğəmbərlik məqamına seçilmiş və 12 il Məkkədə İslamı təbliğ etmişdir.

Miladi 622-ci ildə Məkkədən Mədinəyə hicrət etmiş və həmin vaxtdan hicri-qəməri tarix başlamışdır. 630-cu ildə Məkkə Həzrət Məhəmmədə (s) təslim olmuşdur. İslam peyğəmbəri (s) 632-ci ildə dünyasını dəyişmişdir.

Həzrət Məhəmməddən sonra 28 il müddətində müsəlmanlara dörd xəlifə rəhbərlik etmişdir: Əbu Bəkr, Ömər, Osman və Həzrət Əli (ə) 660-750-ci illərdə İslam xilafətini bəni-üməyyə, 750- 1258-ci illərdə əbbasilər idarə etmişlər.

İslam tarixində iki məzhəb diqqəti daha çox cəlb edir. Müsəlmanlar arasında sünni məzhəbində olanlar çoxluq təşkil edir. Onlar sünnəti, yə`ni peyğəmbərin söz və əməlini əsas götürür və dörd xəlifəni ədalətli tanıyırlar.

İkinci böyük məzhəb olan şiələr peyğəmbər sünnəti ilə yanaşı Əhli-beyt hədislərinə də əsaslanır və həzrət peyğəmbərdən sonra canişinliyi həzrət Əlinin (ə) haqqı bilirlər. Şiələr 12-ci İmam həzrət Mehdinin zühur edib, ədaləti bərqərar edəcəyinə inanırlar.

3 cü ders

Hiç yorum yok:

Yorum Gönder