Şəvval
ayının başlanması ilə bir ay oruc tutduğumuz Mübarək Ramazan ayı sona yetir. Hazırda müsəlmanların böyük qismi hicri qəməri təqviminin Şəvval ayının Fitr
bayramını qeyd edirlər.
Bir qism müsəlmanlar isə mayın 25 ni Fitr
bayramı olaraq qeyd edəcəklər.Hər bir halda ALLAH-dan hər kəsin ibadətlərini qəbul etməsini diləyirik.
Məlumat üçün bildirək ki, bunun ardınca Zilqədə,
sonra isə həcc əməllərinin həyata keçirildiyi Zilhiccə ayı gələcəkdir. Zilhiccə ayının 10-u, Qurban bayramıdır.
Bu təxminən bizim təqvimlə 31 iyul,1 avqust tarixlərinə
təsadüf edəcək.
Zilhiccə ayının bitməsi ilə Muhərrəm ayı daxil olur
və Muhərrəmin 10-da Aşura günü qeyd olunacaq.
Hicri qəməri aylarının hər birində müstəhəbb
olan müəyyən əməllər vardır. Şəvval ayında ən məşhur olan və mənbələrdə qeyd
olunan əməl, Şəvval ayında tutulan 6 günlük orucdur.
Hədislərin mənbələri haqqında alimlərin rəyi
müxtəlif olsa da şəvval ayının orucu müstəhəb oruclardan sayılmışdır.
Həzrəti Məhəmməd(s) buyurur:
"Kim orucla keçirdiyi Ramazan ayından sonrakı
şəvval ayında altı gün oruc tutarsa, bütün ili oruclu keçirmiş kimi olar!"
Bu hədisin ərəbcəsində “dəhr” sözü işlənir ki, bü
da bütün ili oruc tutmuş mənasına gəlir. Amma “dəhr” sözü həmçinin vaxt, zaman,
ömür mənasına da gəlir. Beləki, hər il Ramazan ayı orucunu tutub, sonra
Şəvvaldan 6 gün davam etdirməklə, bütün illəri orucla keçirmiş kimi sayılır, bu
da sanki bir ömür oruc deməkdir.
Əhli Sünni mənbələrində də şəvval ayının
orucu bir sıra alimlər tərəfindən qəbul edilməsə də bir çoxları tərəfindən qəbul
edilən sünnətlərdən biridir.
Həmin 6 günü Ramazan bayramından dərhal sonra
tutmaq tövsiyyə edilir. şiə mənbələrində həmin 6 günlük orucu Şəvval ayının
4-dən 9-na kimi tutmaq göstərilib. Bu, onunla əlaqədardlr ki, Şəvvalın ilk 3
gününü müsəlmanlar bayram edib, bir birini ziyarət edib, qonaq gedə bilsinlər.
Bundan əlavə Şəvvaldan başqa, hər bir qəməri ayın əvvəlinci ortancı və
sonuncu günü oruc tutmaq böyük savaba malikdir.
Lakin qeyd etməliyik ki, boynunda qəza orucu
olanlar, müstəhəb niyyəti ilə oruc tuta bilməz. Əgər həmin adamlar da bu ayın savabından əldə
etmək istəyirlərsə, onda həmin günləri qəza oruclarını tutsunlar.
Bu zaman həm qəzalarını edərlər həm də Şəvval ayı orucunun savabını qazanmış
olarlar.
Hiç yorum yok:
Yorum Gönder